Xalq artisti Zülfiyyə Xanbabayeva qızı Dənizlə bağlı paylaşım edib.
Bizim.Media xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında bildirib ki, övladının yer aldığı komanda ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) müsabiqəsində mükafata layiq görülüb.
“Bütün komandanı və komandanın üzvü olan Dənizini təbrik edirəm. ABŞ-da NASA-nın “FIRST Robotics Competition” (FRC) müsabiqəsində bu il ilk dəfə Azərbaycandan tələbələr iştirak ediblər. Birinci dəfədən mükafata layiq görülüb, Texas ştatının Hyuston şəhərində keçiriləcək finala vəsiqə qazanıblar. Uşaqlar, yolunuz açıq olsun”,- deyə Zülfiyyə vurğulayıb.
Rəşad Əliyev, Bizim.Media