Bu gün “Azərbaycan teatrı - 150: inkişaf perspektivləri” mövzusunda Teatr Forumu keçirilib.
Bizim.Media xəbər verir ki, forumda çıxış edən Xalq artisti Afaq Bəşirqızı aktyorların maaşlarından gileylənib.
“Teatr sahəsində, aktyorların ümumi vəziyyətində problem çoxdur. Çox xahiş edirəm, aktyorların maaşı məsələsinə baxılsın, onlara evlər tikilsin”, - deyə aktrisa vurğulayıb.
A.Bəşirqızı həmçinin çıxışında Bədii Şura yaradılması təklifini də irəli sürüb:
“Teatrların kateqoriyası məsələsinə diqqət yetirilməlidir”.
Rəşad Əliyev, Bizim.Media