Əfsanəvi “ABBA” qrupunun gitaraçısı Lasse Velander 70 yaşında dünyasını dəyişib.
Bizim.Media xəbər verir ki, sənətçinin ölümünə səbəb xərçəng xəstəliyinin sürətlə inkişaf etməsi olub.
Qeyd edək ki, 1974-cü ildən “ABBA qrupunda çalışan gitaraçı onların 24 mahnısının və səkkiz albomunun yazılmasında əməyi var.
1982-ci ildə pop qrupu dağıldıqdan sonra L.Velander digər məşhurlarla əməkdaşlıq edib.
Rəşad Əliyev, Bizim.Media