Xəbər verdiyimiz kimi, Azərbaycanı bu il “Avroviziya” beynəlxalq mahnı müsabiqəsində “Tell me more” mahnısı isə təmsil edəcək zaqatalalı Tural və Turan Bağmanov qardaşları təmsil edəcək. Bukmeykerlər Azərbaycanla bağlı ürəkaçan proqnozlar verməyib.
Bizim.Media xəbər verir ki, təmsilçimizin ifası geriləyərək, 30-cu pillədə qərarlaşıb. Proqnozlara əsasən, əkiz qardaşlar heç finala belə keçməyəcək.
Birinci yarımfinalda yer alacaq qardaşlar sıralamada 15 ölkə arasında 14-cüdür.
Qeyd edək ki, bu il Ukrayna adından Böyük Britaniyanın Liverpul şəhərində keçirilməsi planlaşdırılan müsabiqənin yarımfinalları 9 və 11 mayda, final isə mayın 13-də olacaq.
Rəşad Əliyev, Bizim.Media