Xəbər verdiyimiz kimi, Xalq artisti Yusif Eyvazov Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına yeni direktor təyin olunub.
Bizim.Media xəbər verir ki, opera ifaçısının xanımı, Rusiyanın Xalq artisti Anna Netrebko bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.
"Təbriklər. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının yeni rəhbəri. Qürurvericidir. Sən hər şeyi bacarırsan. Yeni işində sənə uğurlar diləyirəm. Səni sevirəm və qürur duyuram", - deyə Anna vurğulayıb.
Rəşad Əliyev, Bizim.Media