Beş illik evlilikdən sonra dünya şöhrətli aktyor Vensan Kassel və model həyat yoldaşı Tina Kunaki ayrılıblar.
Bizim.Media "Daily Mail"ə instinadən xəbər verir ki, 56 yaşlı fransız aktyor 26 yaşlı modelin bütün şəkillərini sosial şəbəkə hesabından silib. Tina da öz növbəsində dünən ad gününü onsuz qeyd edib.
“Onlar bir neçə həftə əvvəl ayrıldılar.. Tinanın ürəyi qırıldı", - deyə insayder nəşrə bildirib.
Qeyd edək ki, cütlüyün 2019-cu ildə Amazoni adlı qız övladları dünyaya gəlib.
Rəşad Əliyev, Bizim.Media