"Mauqli" ləqəbi idman arenasında məşhurlaşan, K1 döyüşçüsü Zabit Səmədov Məkkə şəhərinə yollanıb.
Bizim.Media xəbər verir ki, peşəkar idmançı bu barədə sosial şəbəkə hesabında məlumat yayıb.
Z.Səmədov Ümrə ziyarətinə getdiyini yazıb.
Qeyd edək ki, Zabit Səmədov sonuncu dəfə aktyor qismində reytinqləri alt-üst edən "Kuruluş Osman" serialında rol alıb.
Rəşad Əliyev, Bizim.Media