Kolumbiyalı müğənni Şakiraya xəyanət edən “Barselona”nın sabiq futbolçusu Jerar Pike uzun zamandan sonra səssizliyi pozub. O, açıqlamaları ilə gündəmə damğa vurub.
Bizim.Media xəbər verir ki, bu barədə Jerar “King League Infojobs” nəşrinə müsahibəsində danışıb.
İspaniyalı sosial şəbəkədə Şakiranın pərəstişkarlarından tənqid dolu şərhlər və mesajlar alıb.
"Keçən ildən bəri yaşadığım bütün problemlərin səbəbi mənim keçmiş sevgilimin latın amerikalı olmasıdır. Onun pərəstişkarlarından hansı mesajlar aldığımı bilmirsiniz".
Şakira isə keçmiş sevgilisinə Twitter-də cavab verib:
“Latın amerikalı olmağımdan qürur duyuram”.
Qeyd edək ki, Şakira Jerar Pikedən uzaq olmaq üçün iki övladı ilə Mayamiyə köçüb.
Rəşad Əliyev, Bizim.Media