Müğənni Zenfira İbrahimova ailəsi haqda danışıb.
Bizim.Media xəbər verir ki, sənətçi qonaq olduğu “Günün sədası” verilişində fitnes məşqçi Anar Heydərovla tanışlığından söz açıb.
Z.İbrahimova bildirib ki, zamanında onun Anarla evlənməsinə dayıları qarşı çıxıb:
“Onunla yolda tanış olmuşdum. Bir baxışdan aşiq olmuşdu. Amma məndə belə hiss yaranmamışdı. Üç-dörd ay sonra onu sevdim. Gördüm ki, Anar ciddi bir insandır. Xalası bizə dayaq, arxa durdu. Bir tək anam vardı. Onun isə anası dünyasını dəyişmişdi.
Biz çətin günlər yaşadıq. Evlənməyimizə dayılarım icazə vermirdi. Amma ailə qurduq. İki gözəl övladımız var. Qızımın 18 yaşı, oğlumun isə 13 yaşı var. Xoşbəxt insanam. Allahdan nə istəmişəm, məndən əsirgəməyib. Hər gün səhər şükür edirəm”.