Ameriklı aktrisa və model Paris Hilton yeni doğulan oğlu ilə fotosessiya etdirib.
Bizim.Media xəbər verir ki, üç ay əvvəl ilk dəfə ana olan 42 yaşlı “Hilton” otellər şəbəkəsinin varisi övladı Fenikslə obyektiv qarşısına keçib.
Paris fotosessiya üçün ağ və qara libas seçib. Ağlı-qaralı şəkillərdə sənətçi övladına göstərdiyi zərif nəvazişi ilə diqqət çəkib.
Qeyd edək ki, Paris Hilton əri, iş adamı Karter Reumla ailəlidir. Onların oğlu Feniks surroqat anadan dünyaya gəlib.
Rəşad Əliyev, Bizim.Media