Xəbər verdiyimiz kimi, Afaq Gəncəli qalxanabənzər vəzinin həcminin böyüməsi səbəbi ilə əməliyyat olunub, müalicə almaq üçün “Səhər mərkəzi” verilişinin aparıcılığından ayrılıb.
Bizim.Media xəbər verir ki, həftələr sonra televiziya ulduzu sosial şəbəkə hesabında səhhəti ilə bağlı açıqlama yayıb.
“Son 1 ayda səhhətimlə bağlı narahat olan və mənə yazan hər kəsə dərin təşəkkürümü bildirirəm. Amma əfsuslar olsun ki, bir çox yalan söz söhbətlər də əskik olmadı və ən doğrusunu dilimdən eşitsəniz, daha məqsədə uygun olar”, - deyə Afaq vurğulayıb.
Rəşad Əliyev, Bizim.Media