Rusiyanın Xalq artisti Filipp Kirkorov Krasnoyarskidəki konserti zamanı gözlənilməz hərəkəti ilə gündəmə səs salıb.
Bizim.Media xəbər verir ki, bir neçə həftə əvvəl plastik əməliyyatla tanınmaz hala düşən sənətçini daha da yaxın görüb onunla şəkil çəkdirmək istəyən qadın pərəştişkarları üstünə hücüm çəkiblər.
Fanatlardan biri hətta Kirkorovu öpməyə belə nail olub. Qadının bu hərəkətinə isə cavab olaraq Filipp əlini onun sinəsindən tutub. Rus pop kralının bu addımı isə pərəştişkarının əsəbləşdirmək əvəzinə daha da xoşuna gəlib.
Rəşad Əliyev, Bizim.Media