Türkiyənin məşhur bloqeri Şeyma Subaşı misirli sevgilisi, iş adamı Mohammed Alsaloussi ilə nikah masasına əyləşməyə hazırlaşır.
Bizim.Media xəbər verir ki, aşiqlərin toyu mayın 5-ə planlaşdırılıb.
Ötən gün isə Şeyma subaylığa vida "parti"si keçirib. Dəniz sahilində baş tutan məclisdə Subaşının yaxın rəfiqələri iştirak edib.
Qeyd edək ki, Ş.Subaşı Türkiyənin məşhur iş adamı Acun Ilıcalı ilə evli olub. Keçmiş cütlüyün bu nikahdan Melisa adlı qızları var.
Rəşad Əliyev, Bizim.Media