Xalq artisti Mələkxanım Əyyubova yeni ev alıb.
Bizim.Media xəbər verir ki, bu haqda xanəndə qonaq olduğu "Günaydın, Azərbaycan!" səhər şousunda məlumat verib.
Xalq artisti aldığı villanı yüksəkmərtəbəli binada olan evindən daha üstün tutub:
"Bu bayram başım qarışıq oldu, başqa evə köçdüm. Həyət evidir, heyif deyil... İnsanın ayağı torpaqda olmalıdır. Oturursan yüksək mərtəbələrdə... İndi səhər durub ayağını o torpağa qoyursan. Havanı, torpağı hər gün hiss etməliyik. Günümüz verilişlər, maşın, studiyalarda keçir. Evə gedib otururdum qapalı məkanda", - deyə M. Əyyubova vurğulayıb.
Rəşad Əliyev, Bizim.Media