Müğənni Zamiq Hüseynov yeni fotosessiyası ilə gündəmə gəlib.
Bizim.Media xəbər verir ki, sənətçi fərqli tərzdə obyektiv qarşısına keçib.
Zamiqin bir-birindən maraqlı obrazı üzərində peşəkar stilist və vizajist Elnur Həsənov çalışıb.
Hüseynovun qlamur şəkillərin müəllifi isə fotoqraf Elbəy Sadıxlıya məxsusdur.
Qeyd edək ki, hazırda Zamiq Hüseynov ailəsi ilə birlikdə ölkədən kənarda Qətər şəhərində Novruz tətilindədir.
Rəşad Əliyev, Bizim.Media