“İnsan həyat yoldaşı, ailəsi üçün çabalamamalıdır. Kiməsə görə adımı qorumamışam. Kiminsə yoldaşıdır, qohumudur... İnsan özü seçilməlidir. Xanım özünə hörmət etməli, qanunları, dünyagörüşü olmalıdır".
Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Nəzakət Teymurova qonaq olduğu "Düzünə qalsa" verilişində deyib.
Xanəndə bildirib ki, qızı Nigarın gələcəyinə görə həyat yoldaşını bağışlayıb:
"İllərlə qızım Nigarın atasına qarşı... İndiki düşüncəmlə onu bağışlamazdım. Qızıma görə, Nigarın gələcəyi üçün onu bağışlamışam. İndi onları etməzdim. Qadının yanında güclü kişi olmalıdır. Qadın incədir, kişi kimi qadın sözünü qəbul etmirəm. Qadının həyatında hökümlü kişi olmalıdır".
Rəşad Əliyev, Bizim.Media