Əməkdar artist Vasif Məhərrəmli növbəti açıqlaması ilə gündəmə gəlib.
Bizim.Media xəbər verir ki, sənətçi qonaq olduğu "Səhər mərkəzi" verilişində Novruz bayramının əsas adətlərindən biri olan qapılara papaq atmadan söz açıb.
Vasif bu adətin hazırda dəyişildiyini vurğulayaraq, onun qapısına papaq atmamağı istəyib:
"Əvvəl torba atırdılar. İndi papaq atmaq rahat olub. Ənənəmizdə papaq atmaq olmayıb. İndi də papağa yazırlar ki, xahiş edirəm içinə pul qoyun. Eybi yox, olsun, amma yetər ki, torba atın. Ya da şal atın. Papaq atmayın. Mən pul qoymamışam, çünki sözdən xoşum gəlməyib. Şala da nə istəsən yığmaq olar".
Rəşad Əliyev, Bizim.Media