“Evdə tək” filminin böyük uğurundan sonra bütün dünyada məşhurlaşan Hollivud aktyoru Makolay Kalkin şəxsi həyatı ilə gündəmə gəlib.
Bizim.Media “US Weekly” nəşrinə istinadən xəbər verir ki, Makoleyin ikinci dəfə ata olub.
Aktyorun 5 ildən artıq münasibətdə olduğu Brenda Sonq ərinə daha bir oğul verib. Körpənin adı hələ müəyyən edilməyib.
Qeyd edək ki, Makoley 17 yaşında Nyu-Yorkda oxuduğu Reyçel Minerlə münasibətləri rəsmiləşdirmişdi.
Lakin cütlük iki il sonra ayrılmağa qərar verdi. Həmçinin, “Evdə tək” filminin ulduzu Mila Kunislə uzun müddət münasibətdə olub.
Rəşad Əliyev, Bizim.Media