Xəbər verdiyimiz kimi, bir müddət əvvəl müğənni Vüqar Muradov dünyasını dəyişdikdən sonra daxili orqanlarının bağışlanmasını vəsiyyət edib.
Bizim.Media xəbər verir ki, sənətçi qonaq olduğu "Xəzər axşamı" verilişində orqanlarından savayı cisminində təcrübə üçün tələbələrə verilməsini istədiyini vurğulayıb.
"Hamımız dünyamızı dəyişəndə torpağa qarışırıq. Həyatdır, heç kim sabahından sığortalı deyil. On dəqiqə sonra nə baş verəcəyindən əmin deyiləm. Bir az narahatlığım var idi. İnsanın bəzən ürəyinə damır.
Ona görə vəsiyyət etdim ki, gənc yaşda dünyamı dəyişsəm, lazımlı orqanlarımı ehtiyacı olan şəxslərə bağışlasınlar. Cismimi də təcrübə üçün Tibb Universitetinin tələbələrinə versinlər", - deyə Murad fikirlərini ifadə edib.