Müğənni Vüqar Muradov paylaşımı ilə gündəmə gəlib.
Bizim.Media xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında vəsiyyətini açıqlayıb.
“Həyatda bilmək olmaz insanın başına nə vaxt iş gələr, dünyasını dəyişər. Əziz dostlar, vəsiyyət edirəm, burada qalsın. Mən dünyamı dəyişəndə orqanlarım bağışlansın və yas mərasimim olmasın. Ailəmə heç kim əziyyət verməsin, 3-40, cümə axşamı, il və sairə edilməsin”, - deyə V.Muradov qeyd edib.
Rəşad Əliyev, Bizim.Media