Türkiyənin məşhur aktrisası Qamze Özçelik əsrin fəlakətinin ilk günündən zəlzələ bölgəsinə yardımlar edir.
Bizim.Media xəbər verir ki, sənətçi indi konteyner şəhəri qurmaq üçün işə başlayıb.
AFAD ilə əməkdaşlıq edərək Özçelik 100 konteyner hazırlayıb.
“Bu çətin günləri birlikdə geridə qoymaq üçün gecə-gündüz çalışırıq. Konteyner şəhərimiz qurularkən təcili ehtiyacı olan ailələr üçün çadırlar hazırladıq”, - deyə Qamze vurğulayıb.
Rəşad Əliyev, Bizim.Media