Türkiyənin səs-küylü və qalmaqallı pop ulduzu İrem Derici sevgilisini ilk dəfə üzə çıxarıb.
Bizim.Media xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında "Survivor" iştirakçılarından olan Atakan İşıktutanın fotosunu paylaşaraq onunla eşq yaşadığına işarə vurub.
"Bu günlərdə bu uşaq mənim ən böyük dəstəyim, məni anlayan yeganə insandır. Ürəyin və mərhəmətin".
Qeyd edək ki, daha əvvəl İrem Derici sevgilisi Cem Belevinin azərbaycanlı model Nərgiz Nəsrullayeva ilə eşq yaşayaraq ona xəyanət etdiyini öyrənib. İrem bundan sonra Cemdən ayrılıb.
Rəşad Əliyev, Bizim.Media