Müğənni Zenfira İbrahimovanın külli miqdarda pulu oğurlanıb.
Bizim.Media xəbər verir ki, sənətçi həyat yoldaşının avtomobilindən 15 min manat pulunun oğurlandığı ilə bağlı sosial şəbəkə hesabında videomüraciət paylaşıb.
İbrahimova hadisənin Nərimanov rayonu ərazisində baş verdiyini bildirib:
“Həyat yoldaşım Anar Heydərovun maşınından avtoyuyucu məntəqəsində 15 min manatımız götürülüb. Şəxsiyyəti bilinməyən şəxs pulu götürüb və qaçıb. Gecədən polis həmin şəxsi axtarır, amma hələ də adam azadlıqdadır. Həmin şəxs Anarın telefonuna mesaj yazır ki, polisə şikayət etməyin, pulu qaytaracağam” .
Rəşad Əliyev, Bizim.Media