İtalyan kinomotoqrafiyasının sevilən ulduzu Monika Belluççinin eşq yaşadığı üzə çıxıb.
Bizim.Media “Paris Match” nəşrinə istinadən xəbər verir ki, planetin ən gözəl qadınlarından biri amerikalı kinorejissor Tim Burton ilə münasibətdədir.
Sözügedən nəşrin dərgisinin üz qabığında Burton və Belluççinin birgə istirahətindən yeni eksklüziv kadrları dərc edir.
Ulduzların dörd ay sevgili olduğu bildirilib. Məşhurlar ötən ilin oktyabrında Lionda keçirilən Lumiere festivalında tanış olublar.
Rəşad Əliyev, Bizim.Media