Bu gün 67 yaşında dəfn olunan Xalq artisti Ramiz Novruzovun vəfatı ilə bağlı oğlu, aktyor Cavidan Novruzov açıqlama verib.
Bizim.Media xəbər verir ki, atası torpağa tapşırılandan sonra Cavidan jurnalistlərlə müsahibəsində valideyinin xəstəxanada komaya düşdüyünü söyləyib.
"Göz vurdu, barmağı ilə "əla" işarəsini göstərib hər şeyin yaxşı olacağını dedi. Atam xəstəxanada komaya düşdü ayılmadı. Ölüm səbəbi xərçəng oldu", - deyə C.Novruzov vurğulayıb.
Rəşad Əliyev, Bizim.Media