Çinarənin həkim adaxlısı bal ayından DANIŞDI: “Akulalarla okeanda rəqs edəcəyik” - VİDEO

Aparıcı Çinarə Əliyeva plastik cərrah həkim nişanlısı Ruslan Rəsulla birgə yay aylarında planlaşdırılan toyları və münasibətləri ilə bağlı açıqlamalar veriblər. 

Bizim.Media xəbər verir ki, bu haqda cütlük qonaq olduqları “Özəl tube” verilişində danışıblar. 

“Sizin bərabərliyiniz niyə bu qədər müzakirə olunur?” sualına Çinarənin cavabı belə olub: 

“Çünki biz bir-birimizə çox yaraşırıq. Müğənni Sevda Yahyayeva həkim-genetik Zakir Bayramovla ailə qurdu, amma bizim qədər onlar danışılmadı. Düşünürəm ki, hər ikimiz tanınmış olduğumuzdan bərabərliyimiz bu qədər müzakirə olunur”. 

“Toyunuzda hansı azərbaycanlı müğənni səhnə alacaq?” sualına isə Rəsul “Əlbəttə ki, divamız Aygün Kazımova. Uşaqlıqdan Aygün xanımı dinləyirəm. Hətta 1988-ci ildən bu günə kimi mən Faiq Ağayevə və Aygün Kazımovaya qulaq asıram. Toyumuzu isə istəyirəm Faiq Ağayev aparsın” cavabını verib. 

Çinarə bildirib ki, arzusu müğənni Kərim Abbasovun onların toylarını aparmasıdır: 

“Kərim bizim ailə çox yaxın bir insandır. O, ailəmizin musiqi zövgünü bilir. Amma toyda müğənnilərin pullarını bəy verəcək. Ona görə əgər Faiq Ağayevin toyumuzu aparmasını istəyirsənsə, çağır gəlsin. Pulunu onsuz da sən verəcəksən”. 

Rəsul isə Əliyevanın bu fikirlərinə “Artıq Faiq Ağayevlə toyumuzun aparması ilə bağlı danışmışıq” sözlərini diqqətə çatdırıb. 

Verilişin gedişatında Çinarə adaxlası ilə harada tanış olmasından da bəhs edib: 

“Mənə “Instagram”da şeirlər yazırdı. Ruslana сavab olaraq yazdım ki, həyatımda ən nifrət etdiyim şey insanların mənə şeir yazmasıdır. Xahiş edirəm, mənə bir də şeir yazma. Şirinlik eləmək üçün isə dedim ki, kitab oxumağı sevirəm. Detektiv kitabları mütaliə edirəm. Sonra caz musiqilərini sevdiyimi söylədim. Bu da ağ yalan idi. Tanışlığımız “Instagram” sosial şəbəkə platforması üzərindən oldu. “Instagram”ın da mənə xeyri dəydi. Hər zaman orada paltar və saç reklam edirdim,  bu dəfə isə həyatımda bir dəyişiklik oldu”. 

Aparıcı həmçinin toydan sonra gələcək plastik cərrah həyat yoldaşı ilə bal ayına yollanacaqları ölkəni də açıqlayıb: 

“Maldiv və Bali adaları arasında qalmışdıq. Amma sonda qərar verdikdə bal ayına Maldiv adalarına gedəcəyik. Çünki orada bizə heç kim manə olmayacaq. Mən qaçacağam, Ruslan isə məni tutacaq”. 

Çinarənin bu fikirlərinə isə Ruslan “Bizi orada akulalar gözləyir. Akulalarla okeanda rəqs edəcəyik” ifadələrlə qarşılıq verib. 

“Ailə qurduqdan sonra Çinarəyə hansı qadağaları qoyacaqsınız?” sualına R.Rəsul “Çinarəni Çinarə olaraq qəbul eləmişəm. Nəyə görəsə bəyənməmişəm. Onun sənətinə hörmətlə yanaşıram. Toy məclislərindən başqa xına və ad günü mərasimlərinə gedə bilər. Geyiminə gəldikdə isə, Çinarənin geyiminə qarışmayacağam. Çinarəyə inamım sonsuzdur, ona heç bir qadağa olmayacaq. Toy qadağa deyil” fikirlərini ifadə edib. 

Nişanlısının bu sözlərinə Çinarə “Toyun pulunu səndən alacağam. Elə şey olar? İndi prinsipə düşəcəklər, məni daha artıq qonorara toya çağıracaqlar. Məni bağışla, amma mən bu təklifə rədd cavabını verməyəcəyəm, gedəcəyəm” söyləyib. 
Rəsul isə “Sənə maaş verəcəyəm (gülür). Toya getməyəcəksən, onun əvəzinə sənə pul verəcəyəm” deyərək, bu məsələyə nöqtə qoyub. 

Verilişin gedişatında aparıcı bildirib ki, üç gəlinlik libası geyinəcək. Onlardan birinin isə ətəyi qısa olacaq. Hər üç geyim 100 min manat olmasa da kifayət qədər bahalı olacaq”. 

Qeyd edək ki, bir neçə həftə əvvəl Çinarə Əliyeva doğum günündə Ruslan Rəsul ilə öz bağ evində nişanlanıb. 
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Rusiya Ukraynanın Luqansk vilayətini tam ƏLƏ keçirdi

Rusiya Ukraynanın Luqansk vilayətini tam ƏLƏ keçirdi

İtkin düşən kişinin meyiti 60 gündən sonra tapıldı - FOTO

İtkin düşən kişinin meyiti 60 gündən sonra tapıldı - FOTO

Qərbi Kaspi Universitetində dövlət sifarişli tələbələrdən ödəniş tələb olunur? - Agentlik araşdırmalara BAŞLADI – FOTOFAKT

Qərbi Kaspi Universitetində dövlət sifarişli tələbələrdən ödəniş tələb olunur? - Agentlik araşdırmalara BAŞLADI – FOTOFAKT

Uçan pinqvinlər, solaxaylar üçün burgerlər... - Dünya mediasının ən maraqlı 1 Aprel zarafatları

Uçan pinqvinlər, solaxaylar üçün burgerlər... - Dünya mediasının ən maraqlı 1 Aprel zarafatları

"Azərbaycan alüminiumu" ASC ləğv edilir

"Azərbaycan alüminiumu" ASC ləğv edilir

Azərbaycanda Qərb Sənaye Parkı yaradılacaq

Azərbaycanda Qərb Sənaye Parkı yaradılacaq

Goranboyda ağır qəza: Xəsarət alanlar var

Goranboyda ağır qəza: Xəsarət alanlar var

Azad edilmiş ərazilərdə daha 503 mina TAPILDI

Azad edilmiş ərazilərdə daha 503 mina TAPILDI

Qətərdə yanacaq tankerinə zərbə endirildi - 21 nəfər təxliyə edildi

Qətərdə yanacaq tankerinə zərbə endirildi - 21 nəfər təxliyə edildi

İlham Əliyevdən dağ-mədən və metallurgiya sənayesi ilə bağlı SƏRƏNCAM

İlham Əliyevdən dağ-mədən və metallurgiya sənayesi ilə bağlı SƏRƏNCAM

Vaqif Cavadova vəzifə verildi

Vaqif Cavadova vəzifə verildi

Sabah 25 dərəcə isti olacaq

Sabah 25 dərəcə isti olacaq

Bizim.Media yazdı – Sumqayıtda yaşıllıq əraziyə müdaxilənin qarşısı alındı – FOTO

Bizim.Media yazdı – Sumqayıtda yaşıllıq əraziyə müdaxilənin qarşısı alındı – FOTO

Yağışa görə sığortalı əmlaklara dəyən ziyanın MƏBLƏĞİ açıqlandı

Yağışa görə sığortalı əmlaklara dəyən ziyanın MƏBLƏĞİ açıqlandı

Salyanda yol kənarında meyit tapıldı

Salyanda yol kənarında meyit tapıldı

Kosovada türklərə jest: “1999-cu ildə siz ödəmisiniz, bu gün borcunuz yoxdur” - VİDEO

Kosovada türklərə jest: “1999-cu ildə siz ödəmisiniz, bu gün borcunuz yoxdur” - VİDEO

Nəsimi rayonunda tuneldə avtomobil yandı – ANBAAN VİDEO

Nəsimi rayonunda tuneldə avtomobil yandı – ANBAAN VİDEO

Krımda təyyarə qəzasında ölənlərin sayı 30-a çatdı

Krımda təyyarə qəzasında ölənlərin sayı 30-a çatdı

Daha iki İspaniya klubu Duranı transfer etmək İSTƏYİR

Daha iki İspaniya klubu Duranı transfer etmək İSTƏYİR

Tamaşaçılar Rasim Balayevi necə xatırlayacaq? – VİDEOSORĞU

Tamaşaçılar Rasim Balayevi necə xatırlayacaq? – VİDEOSORĞU

Amerikalı jurnalist Bağdadda silahlı şəxslər tərəfindən qaçırıldı - VİDEO

Amerikalı jurnalist Bağdadda silahlı şəxslər tərəfindən qaçırıldı - VİDEO

Yaşı 50-dən yuxarı olanların NƏZƏRİNƏ

Yaşı 50-dən yuxarı olanların NƏZƏRİNƏ

Bu qatarlar Ucar və Ləki stansiyalarında da dayanacaq

Bu qatarlar Ucar və Ləki stansiyalarında da dayanacaq

Kadırov qəzaya düşən oğlunu varislikdən uzaqlaşdırdı

Kadırov qəzaya düşən oğlunu varislikdən uzaqlaşdırdı

End of content

No more pages to load

RADİO