Uels şahzadəsi Keyt Middlton Britaniya Akademiyası Film mükafatlandırma mərasimində (BAFTA) taxdığı aksesuarları ilə “dillərə düşüb”.
Bizim.Media “Daily Mail” nəşrinə istinadən xəbər verir ki, şahzadə tədbirə “Zara” markasına məxsus 18 funt-sterlinq (təxminən 37 manat) dəyərində sırğalarla qatılıb.
Keyt “mass marketdən” olan sırğalarını, qara uzu əlcəklər və 2019-cu ildə də geyindiyi “Alexander McQueen” lüks brendindən olan bir çiyinli ağ libasla tamamlayıb.
Rəşad Əliyev, Bizim.Media