Mərkəzi Kahramanmaraşda olan və 10 vilayəti təsir edən zəlzələdən sonra bir çox məşhurlar səfərbər olub.
Bizim.Media xəbər verir ki, qalmaqallı müğənni Halil Sezai Samandağda zəlzələdən zərərçəkənlər üçün yemək bişirib.
İfaçı “İkimiz birlikdə ağladıq, pomidor-xiyar doğrayaraq yemək yedik”, - deyə duyğularını bu sözlərlə ifadə edib.
Həmin anları isə sənətçi sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
Rəşad Əliyev, Bizim.Media