Türkiyənin meqastarı Tarkan Tevetoğlu zəlzələdən zərərçəkənlərə növbəti dəfə yardım göndərib.
Bizim.Media xəbər verir ki, bununla bağlı rok ifaçısı Haluk Levent sosial şəbəkə hesabında məlumat yayıb.
Haluk bildirib ki, təsisçisi olduğu “AHBAP” dərnəyinə Tarkan 1 milyon lirə (90 min manat) bağışlayıb.
Qeyd edək ki, meqastar daha əvvəl AFAD-a (Afet ve Acil Durum Yönetimi Başkanlığı) 1 milyon ianə yollayıb.
Rəşad Əliyev, Bizim.Media