Son bir neçə həftədir hər kəsin diqqəti Rihannaya yönəlib. İllər sonra o, ilk canlı ifasını edib, ikinci hamiləliyindən söz açıb. İndi isə dünya şou-biznesinin kraliçası “British Vogue” dərgisinin mart sayının üz qabığını bəzəyib.
Bizim.Media xəbər verir ki, sözügedən dərginin “cover”i üçün 34 yaşlı müğənni tək deyil, oğlu (adı hələ də gizli saxlanılır) və repçi sevgilisi “A$AP Rocky” ilə birlikdə obyektiv qarşısına keçib.
Fotosessiya Malibu çimərliyində baş tutub.
Barbados gözəli dərgiyə müsahibəsində analıq hisslərindən də danışıb:
“Uşaq olanda hər şey dəyişir. Mən ona uşaq paltarına bənzəməyən əşyalar geyindirməyi sevirəm. O, “A$AP Rocky”nin geyimlərindən birinin miniatur versiyasına malikdir”.
Rəşad Əliyev, Bizim.Media