Xalq artistləri Roza Tağıyeva və Həqiqət Əsgərzadə uzun illərdən sonra Azərbaycan Televiziyasında bir araya gəliblər.
Bizim.Media xəbər verir ki, keçmiş diktorların AzTV-nin rəhbəri Rövşən Məmmədovla görüşündən xatirə çəkilən fotosu sözügedən kanalın rəsmi “Instagram” hesabında paylaşılıb.
“Azərbaycan Televiziyasından keçən 60 illik şərəfli yol - Mətni oxudular: Diktorlar Roza Tağıyeva və Həqiqət Əsgərzadə” şərhi ilə yayımlanan şəkil izləyicilərin diqqətini çəkib.
Rəşad Əliyev, Bizim.Media