Kahramanmaraşda dağıntılar altında qalıb dünyasını dəyişən qızının əlindən tutub, buraxmayan Məsud Hançer adlı ataya Türkiyənin məşhur müğənnisi Ebru Yaşar həyat yoldaşı Necat Gülsevenlə yardım edəcəklər.
Bizim.Media türk mətbuatına istinadən xəbər verir ki, cütlük Məsuda bütün ev əşyaları daxil mənzil bağışlayacaqlar.
Qeyd edək ki, Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 29 605-ə çatıb, 147 934 yaralı var.
Rəşad Əliyev, Bizim.Media