Altı gün əvvəl Türkiyənin 12 bölgəsində baş verən dəhşətli zəlzələdən sonra aktyor Çağdaş Çankaya və musiqiçi həyat yoldaşı Zilan Tiqris dağıntılar altında qalıb.
Bizim.Media türk mətbuatına istinadən xəbər verir ki, Diyarbakırın Yenişehir bölgəsində doqquzmərtəbəli binanın altında qalan cütlüyün meyiti tapılıb.
Ç.Çankaya reytinqləri alt-üst edən "Kuruluş Osman" serialında rol alıb. Zilan isə bir çox dillərdə ifa etdiyi mahnılarla məşhurlaşıb.
Rəşad Əliyev, Bizim.Media