Xalq artisti Eyyub Yaqubovun fevralın 15-I və 16-sına planlaşdırılmış konserti təxirə salınıb.
Bizim.Media xəbər verir ki, qardaş ölkə Türkiyədə baş vermiş dəhşətli zəlzələdə vəfat etmiş soydaşlarımızın xatirəsinə hörmət əlaməti olaraq Eyyub Yaqubovun musiqi gecəsinin tarixi dəyişdirilib.
Bildirilib ki, konsert proqramı mart ayının 25-i və 26-sı, ölkənin əsas səhnəsi "Heydər Əliyev Sarayı"nda baş tutacaq.
Satılmış bütün biletlər mart ayı üçün etibatlıdır.
Rəşad Əliyev, Bizim.Media