Türkiyənin pop ulduzu Hadisə zəlzələ bölgəsinə yardım göndərib.
Bizim.Media türk mətbuatına istinadən xəbər verir ki, sənətçi 500 min türk lirəsi (təxminən 45 min manat) ianə bağışlayıb.
Məlumatda bildirilib ki, müğənni bölgədəki xilasetmə işləri yekunlaşdıqdan sonra həmin əraziyə baş çəkib, uşaqlarla zaman keçirəcək.
Qeyd edək ki, Türkiyədə zəlzələdə ölənlərin sayı 18 342 nəfərə çatıb. Yaralıların sayı isə 74 242 nəfərə çatıb.
Rəşad Əliyev, Bizim.Media