Türkiyənin məşhur ulduzu Ebru Gündəş iraqlı milyonçu sevgilisi Rassan Xoşnavla birlikdə zərərçəkənlər üçün nəzərdə tutulan böyük yardım kampaniyasına qoşulub.
Bizim.Media türk mətbuatına istinadən xəbər verir ki, sənətçi 500 min lirə (45 min manat), iş adamı sevgilisi Rassan Xoşnav isə “AHBAP” dərnəyinə 400 min dollar (680 min manat) ianə edib.
Qeyd edək ki, üç gün əvvəl Türkiyədə baş vermiş dəhşətli zəlzələ nəticəsində həlak olanların sayı 17 134 nəfərə çatıb.
Rəşad Əliyev, Bizim.Media