Türkiyəli aktyor Can Yaman və müğənni Hülya Avşar da təbii fəlakət nəticəsində zərərçəkənlər üçün nəzərdə tutulan yardım kampaniyasına qoşulublar.
Bizim.Media xəbər verir ki, hər iki sənətçi ayrı-ayrılıqda 250 min lirə ianə bağışlayıb.
Qeyd edək ki, Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 12873-ə yüksəlib. Yaralıların sayı isə 62937 nəfərə çatıb.
Rəşad Əliyev, Bizim.Media