Türkiyəli pop ulduz Hadisə ölkəsində baş verən dəhşətli təbii fəlakətlə bağlı fikirlərini bölüşüb.
Bizim.Media xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında zəlzələdən sonra dağıntılar altında qalan insanların taleyinə kədərləndiyini və acıdığını yazıb.
“Ölümlə döyüşən uşaqlar, körpələr, analar, atalar, ailələr... Məhv edilmiş arzular, həyatlar və röyalar... Yatmaqdan, hətta yeməkdən də utanan bizlər... Dözmək çətindir...”, - deyə Hadisə bildirib.
Qeyd edək ki, Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 12873-ə yüksəlib. Yaralıların sayı isə 62937 nəfərə çatıb.
Rəşad Əliyev, Bizim.Media