Xalq artisti Nazpəri Dostəliyevanın bacısı Zeynəb Dostəliyeva dünyasını dəyişib.
Məsələ ilə bağlı Bizim.Media-nın əməkdaşı sənətçi ilə əlaqə saxlayıb.
Dostəliyeva bildirib ki, bir neçə dəqiqə əvvəl bacısı Zeynəb Dostəliyeva vəfat edib.
Qeyd edək ki, sənətçi Mərkəzi Neftçilər xəstəxanasında müalicə alırdı.
Xatırladaq ki, resperator qrip virusuna yoluxduqdan sonra Zeynəb Dostəliyevanın qaraciyərlərində ciddi problemlər yaranmışdı.
Rəşad Əliyev, Bizim.Media