Bıçaqlanan tamada: “9 min manatı alsam, heç kimdən çəkinmərəm” – VİDEO 

Ötən il iyulun 2-nə keçən gecə Bakının Nizami rayonunda yerləşən “Altun saray” şadlıq evində məşhur tamada, “Laçın” musiqi ansamblının rəhbəri Natiq Dağlaroğlunu bıçaqlayan şəxsin məhkəməsi keçirilib. 

Qafqazinfo.az-ın yaydığı məlumata görə, musiqiçiyə 2 bıçaq zərbəsi endirən 1987-ci il təvəllüdlü Məmməd Hüseynov Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirli bilinib. 

Məhkəmədə Məmməd Hüseynov törətdiyi əməli etiraf edib. O deyib ki,  Natiq Dağlaroğlu ilə yanaşı, oğlu da Məmmədin üzərinə gəlib. 

O, hadisənin həmin an baş verdiyini deyib. Həmçinin o qeyd edib ki, bıçaqlanmadan sonra qaçıb və xəstəxanaya aparılan Natiq Dağlaroğlunu taparaq ona şikayətçi olmaması üçün 9 min manat verib. Lakin N.Dağlaroğlu pulu alsa da, şikayətini geri götürməyib. 

Bizim.Media xəbər verir ki, Natiq Dağlaroğu qonaq olduğu “Gəl danış” ictimai-sosial verilişində baş verən hadisə ilə bağlı açıqlama verib. 

Tamada başına gələn qanlı olayın pərdəarxası məqamlarından söz açaraq, təqsirləndirilən şəxsdən 9000 manatı götürmədiyini və qarşı tərəfi bağışladığını bildirib: 

“Təqsirləndirilən Məmməd Hüseynovu görməmişəm. Bizim cameədən olan ağsaqqalları, seyidləri xəstəxanada olanda yanıma gətiriblər. Xəstəxanada yeddi gün komada olmuşam. Onlar xəstəxanaya gəlib, kassaya bəzi xəstəxana xərclərini ödəyiblər. Bu el adətidir, edirlər. Üç ay xəstəxanada yatdığıma görə 24 min manat xərcim çıxıb. 9 min manatı neynirdim? Elə avtomobilimi satardım da... Onlar kimlərinsə əli ilə 15 min manata yaxın pul gətirmişdilər. Dedim ki, istəmirəm. Ağır nəslim var. Laçın rayonundanam. “Instagram”a xəstəxanadan görüntülərimi çəkdim qoydum. Onlar isə ora nəsə çəkib qoymağıma qarşı idilər. 

“Altun saray” şadlıq evinin müdirinin adından böhtan danışdılar. Bəzi saytlar hadisə ilə bağlı xəbərlər yazdılar. Dedim ki, baş verənlər heç də onların dediyi kimi deyil. Dedilər ki, güya toyda məni bıçaqlayıblar. Amma məni toy bitəndən bir saat sonra kənarda bıçaqlayıblar. 

Orada olub ofisantlar, beş musiqiçim, bir də müğənni Habil Laçınlı. Onlar da deyir ki, qısa anlaşılmazlıq olub.

Heç bilmədim ki, mənə bıçaq dəyib. Onlar məni bıçaqladıqdan sonra şadlıq sarayının zalına getdilər. İndi həbsdə olan həmin o Məmməd də vardı onların arasında. Başqa orada 16-17 nəfər vardı. 

Onun arxasıyla getdim. Zala girib dedim ki, məni vuranları tapacağam. Amma o vaxt zalda təmizlik işlərinə baxan qadınlar vardı. Orada sakit dayandım. Əgər mən orada söyüş söymüşəmsə, nəslimə getsin. Deyirlər ki, kimisə və kimlərisə orada təhqir edib, söyüş söymüşəm. Mənim ofisiantla nə işim? Övladım var. Mən ofisiantı təhqir edənəm? Mən xalqla çörək qazanıram. Xalqın övladını heç təhqir edə bilərəm cəmiyyət içində? 

Güya ki, kimisə söymüşəm, ona görə də məni vurublar. Məmməd bunu deməyib. Xəbər də göndərib. Onlar ətrafımı gördülər ki, mən kiməm. O hörməti, nüfuzu, elin hörmətini özüm qazanmışam. Gördüm ki, əlim bulaşıb qana. Qanlı əllərimi isə sürtmüşəm oğlumun ağ köynəyinə. Ona söylədim ki, nəsə olub, o isə dedi ki, ata heç nə olmayıb. Amma ayaqlarımın əsməsini hiss etdim. Əsəbiləşmişdim. 
Foyedən çıxanda əlində zibil qutusu olan təmizlik işləri ilə məşğul olan xanımı gördüm. O dedi ki, şalvarınız bulaşıb. Arxaya çevrildim, gördüm ki, ayaqqabımın dabanından qan axır. Dəhşətli bir hadisə idi. İnanmıram ki, sağ qalmışam. Əlimi atdım belimə, gördüm ki, bütün paltarım qan içindədir. Heç kim orada mənə yardım etmədi. 

Reanimasiyadan çıxdım, Allah məni bağışladı, mən də onları. Amma orada bağışlanmayacaq adamlar var. Pulu, varı-dövləti olan adamlar var ki, Allahı unudurlar. Allah hər şeyi görür. 9 min manatı da alsam, heç kimdən çəkinmirəm.

Vurmusan, get cəzanı çək. O ərəfədə 24 toyum vardı. Bütün toyların behini qaytarmışam. Onlar mənim vəziyyətimlə heç maraqlanmadılar ki, bu qədər toylarım rədd olunub. 

Mən adam tutduran, şərəfini satan insan olsaydım, orada tək Məmmədi deyil, bir çox insanları tutdurardım. Çünki bu hadisə qrup şəklində olub. İndi oturub, artıq-əskik saytlara məqalələr yazdırırlar.
Deyir ki, 9 min manatı alıb, amma şikayətçi olduğunu bildirib. Sonra güya məni təkid ediblər. Üç dəfə məni Ağır Cinayyətlər Məhkəməsinə dəvət etdilər. Getmək istəmirdim, çünki o ərəfədə xəstələnmişdim. Amma getdim, orada Məmmədin yaxınlarını gördüm. Yenə də onlarla görüşüb, danışdım. Onlar düşünürdülər ki, orada ayrı şeylər danışacağam. Dedim ki, bağışlayan Allahdır...” 
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Prezident Gürcüstan səfirliyində - Başsağlığı verdi – FOTO

Prezident Gürcüstan səfirliyində - Başsağlığı verdi – FOTO

Bu 6 amil qaraciyəriniz üçün təhlükə yaradır – Həkimdən XƏBƏRDARLIQ

Bu 6 amil qaraciyəriniz üçün təhlükə yaradır – Həkimdən XƏBƏRDARLIQ

Goranboyda 34 yaşlı kişi BIÇAQLANDI

Goranboyda 34 yaşlı kişi BIÇAQLANDI

Qusarda mətbəx və mədəniyyətin qovuşduğu məkan - “Xıdır”ın 23 illik UĞUR HEKAYƏSİ – VİDEO

Qusarda mətbəx və mədəniyyətin qovuşduğu məkan - “Xıdır”ın 23 illik UĞUR HEKAYƏSİ VİDEO

Bu bürclərə ulduzlardan şans yağacaq

Bu bürclərə ulduzlardan şans yağacaq

Mert məşhur yazarın nəvəsi ilə sevgilidir - Foto

Mert məşhur yazarın nəvəsi ilə sevgilidir - Foto

Rusiyanın Azərbaycandan tranzit keçməklə İrana göndərdiyi humanitar yardım təhvil verildi - FOTO

Rusiyanın Azərbaycandan tranzit keçməklə İrana göndərdiyi humanitar yardım təhvil verildi - FOTO

Prokurorluq Bakıdakı silahlı insdentlə bağlı MƏLUMAT YAYDI

Prokurorluq Bakıdakı silahlı insdentlə bağlı MƏLUMAT YAYDI

Hikmət Hacıyev Ərdoğanın baş müşaviri ilə GÖRÜŞDÜ: Nələr müzakirə edildi? - FOTO

Hikmət Hacıyev Ərdoğanın baş müşaviri ilə GÖRÜŞDÜ: Nələr müzakirə edildi? - FOTO

Dünyanın ən məşhur detektivi – Şerlok Holmsu Nursultan Nazarbayevlə nə bağlayır? - FOTO

Dünyanın ən məşhur detektivi – Şerlok Holmsu Nursultan Nazarbayevlə nə bağlayır? - FOTO

Bu suyu içmək məsləhət deyil

Bu suyu içmək məsləhət deyil

Gənc almanların 40%-dən çoxu ölkəni tərk etməyi düşünür

Gənc almanların 40%-dən çoxu ölkəni tərk etməyi düşünür

Azərbaycan xurma ixracını ARTIRDI

Azərbaycan xurma ixracını ARTIRDI

Varlanmağı gözləməyin: Köhnə telefonunuzda nə qədər qızıl var?

Varlanmağı gözləməyin: Köhnə telefonunuzda nə qədər qızıl var?

Haradan haraya: İndi bütün dünya bu uşağı tanıyır

Haradan haraya: İndi bütün dünya bu uşağı tanıyır

İrandan Azərbaycana təxliyə edilənlərin SAYI AÇIQLANDI – FOTO

İrandan Azərbaycana təxliyə edilənlərin SAYI AÇIQLANDI – FOTO

Amerikalılar Trampa qarşı: ABŞ tarixində ən böyük etiraz aksiyası gözlənilir

Amerikalılar Trampa qarşı: ABŞ tarixində ən böyük etiraz aksiyası gözlənilir

Əvvəl qəzəblənib sonra düşünən BÜRCLƏR

Əvvəl qəzəblənib sonra düşünən BÜRCLƏR

MEDİA Rəşad Baxşəliyevin vəfatı ilə bağlı başsağlığı verdi – FOTO

MEDİA Rəşad Baxşəliyevin vəfatı ilə bağlı başsağlığı verdi – FOTO

Beynəlxalq Olimpiya Komitəsi transgenderlərin qadın yarışlarında iştirakını qadağan etdi

Beynəlxalq Olimpiya Komitəsi transgenderlərin qadın yarışlarında iştirakını qadağan etdi

Rolu üçün 3 aylıq kurs keçdi

Rolu üçün 3 aylıq kurs keçdi

"Kurtlar Vadisi"ndəki mülkün kiçik bir hissəsi 170 milyona satılır – FOTO

"Kurtlar Vadisi"ndəki mülkün kiçik bir hissəsi 170 milyona satılır – FOTO

Şahdağa qar yağır - FAKTİKİ HAVA

Şahdağa qar yağır - FAKTİKİ HAVA

Kürdəmirdə magistral su boru xətti PARTLADI: Sakinlər susuz qaldı - FOTO

Kürdəmirdə magistral su boru xətti PARTLADI: Sakinlər susuz qaldı - FOTO

End of content

No more pages to load

RADİO