Türkiyənin məşhur müğənnisi Demet Akalın koronavirusa yoluxub.
Bizim.Media xəbər verir ki, bu barədə müğənni sosial şəbəkə hesabında məlumat verib.
O bildirib ki, koronavirusla bağlı verdiyi testin nəticəsi müsbət çıxıb.
Qeyd edək ki, müğənni bir neçə gün əvvəl sosial media hesabında "Covid-19 testiniz müsbət olduqda, "Salam" dediyiniz şəxsə belə bildirin. Günahdır, hamının övladı var!”- deyə yazmışdı.
Bizim.Media