“Kişi müğənni sponsor axtarırsa, o, dırnaq arası kişidir”.
Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Əkbər Əliyev “MTV maqazin” verilişinə müsahibəsində deyib.
Sənətçi bildirib ki, kişinin sponsoru olmamalıdır:
“O kişi müğənni hansı ki, efirə çıxıb, klip və konsert vermək üçün sponsorun lazım olduğunu deyirsə, bu yaxşı deyil. Ac ol, amma kişi ol. Kişinin sponsoru olmamalıdır. Allaha sığınmaq lazımdır. Allah insanıyam. Hər zaman onunla ünsiyyətdəyəm. İşlərim həll olursa, bunu Allah edir. Bəndədən kömək olmaz, yalnız Allah mənə kömək edir”.
Rəşad Əliyev, Bizim.Media