Cavan Zeynallı mərhum xanımından danışıb ağladı: “Onun şəkillərinə baxmağa qorxuram” - VİDEO 

“Xanımım Röya beş ay xəstəxanada yatıb, müalicələr aldı. Həkimlər onun bir aya yatağında oturacağını, sağalacağını deyirdilər. Onun danışığı da yaxşı idi. Sonradan isə onun danışığında problemlər yarandı. Lakin həkimlər hər şeyin yaxşı olacağına vəd edirdilər. Bu beş ayı onun yanında, xəstəxanada idim. Gecələr də onunla birgə xəstəxanada qalırdım. Çünki o gecələr tək qalmaqdan qorxurdu”.

Bizim.Media xəbər verir ki, bu sözləri ötən il dekabrın 29-da həyat yoldaşı Röya Zeynallını itirən Xalq artisti Cavan Zeynallı “Səhər mərkəzi” verilişinə müsahibəsində deyib.

77 yaşlı sənətkar bildirib ki, aylar əvvəl Bakıdakı həkimlər xanımının sağalacağını vəd etsələr də, lakin Röya xanım dünyasını dəyişib:

“Bakıdaki həkimlərin dediklərinə inandıq. Mən də xanımımın yaxşı olacağını gözləyirdim. Röya xanımı Türkiyəyə müalicə üçün apara bilmədim. Çünki orada müalicələr və xəstəxanalar çox bahalıdır. Bunun üçünsə sponsor tapmaq lazım idi. Sponsor tapmaq isə mənlik deyil.
Müğənnilərə fikrininz getməsin. Onlar oyana-buyana gedib sponsor tapa bilirlər. Mən isə utanıram sponsor axtarıb, tapmağa. Röya xanım 69 yaşında dünyasını dəyişdi. Depressiyaya düşdüm. Necə olmalıyam ki? (ağlayır) Röya xanım sevimli, qayğıkeş, ağıllı gözəl insan idi.

Onun sözlərinə mahnı yazmışdım. Hərdən o nəğməni ifa edirdim. Röya xanım çox utancaq bir insan idi. Deyirdi, heç kimə söyləmə ki, bu mahnının sözlərini mən yazmışam. Bunu axı necə deməyim? Fəxr edirəm ki, onun sözlərinə mahnı yazıb, oxumuşam”.  

C.Zeynallının sözlərinə görə, onlar övlad sahibi olmaq istəsələrdə, lakin xanımında olan problem cütlüyün bu arzusunu ürəyində qoyub:

“Övladımızda olmadı. Belə oldu, nə edək? Bu Allahın bir işidir. Çox istəyirdim ki, övladımız olsun. Amma problem vardı. Problem isə Röya xanımda idi”.

Xalq artisti mərhum həyat yoldaşının 40 mərasiminin Qusarda fevralın altısında baş tutacağını açıqlayıb:

“Baxıram Röya xanımın şəkillərinə. Qorxuram onu görməyə. Qaçıram hamıdan. Gözləyirəm ki, onun 40 günü tamam olsun. Fevralın 6-sı onun valideynlərinin və qardaşlarının yanında dəfn olduğu Qusarda 40 mərasimi olacaq. Ondan sonra mətbuata geniş müsahibə verəcəyəm”.
“Deyirlər ki, bundan sonra tək qalmamaq üçün Azərbaycandan birdəfəlik köçüb, ilk evliliyinizdən olan qızınız Nataşanın yanına xarici ölkəyə yaşamağa gedəcəksiniz?” sualına Xalq artisti belə cavab verib:

“Yalandır, boş söhbətlərdir. Qızım Nataşanın həyat yoldaşı generaldır. Onlar Finlandiyaya köçüblər. Qızımın həyat yoldaşı sərhəddə çalışır”.

Qeyd edək ki, Xalq artisti Cavan Zeynallının həyat yoldaşı Röya xanım iflicdən dünyasını dəyişib.

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

PSJ-nin baş məşqçisi Premyer Liqa YOLUNDA

PSJ-nin baş məşqçisi Premyer Liqa YOLUNDA

Xərçənglə mübarizədə albalının rolu

Xərçənglə mübarizədə albalının rolu

Qətər İranın iki attaşesini “persona non grata” ELAN ETDİ

Qətər İranın iki attaşesini “persona non grata” ELAN ETDİ

Avropa Liqasında 1/4 finala ilk onlar yüksəldilər

Avropa Liqasında 1/4 finala ilk onlar yüksəldilər

“X”-in işində problem YARANDI

“X”-in işində problem YARANDI

Aktrisanın dostları ilə əyləndiyi restoranda rəfiqəsinin ərinə xəsarət yetirdilər - VİDEO

Aktrisanın dostları ilə əyləndiyi restoranda rəfiqəsinin ərinə xəsarət yetirdilər - VİDEO

"11 il ərzində bir dəfə də olsa, mənə inanmadılar" - Kenan Yıldız

"11 il ərzində bir dəfə də olsa, mənə inanmadılar" - Kenan Yıldız

Süni intellektin işindən edəcəyi şəxslərin 86 faizi qadınlardır

Süni intellektin işindən edəcəyi şəxslərin 86 faizi qadınlardır

Yevlaxda inəklər gənc qadına hücum etdi - ÖZƏL

Yevlaxda inəklər gənc qadına hücum etdi - ÖZƏL

Ceyhun Bayramov Ər-Riyadda Hakan Fidanla görüşüb

Ceyhun Bayramov Ər-Riyadda Hakan Fidanla görüşüb

İran Qətərdə neft emalı zavodunu vurdu - VİDEO

İran Qətərdə neft emalı zavodunu vurdu - VİDEO

Alena Əliyeva inklüziv incəsənət sərgisində - FOTO

Alena Əliyeva inklüziv incəsənət sərgisində - FOTO

Birinci Liqa: “Şəfa”dan növbəti QƏLƏBƏ

Birinci Liqa: “Şəfa”dan növbəti QƏLƏBƏ

Dostundan Vüsaləyə: “Qoymadın bir adam qalsın” - VİDEO

Dostundan Vüsaləyə: “Qoymadın bir adam qalsın” - VİDEO

Yeni Günəşlidə su xətti yenidən partladı, sakinlər şikayətçidirlər - VİDEO

Yeni Günəşlidə su xətti yenidən partladı, sakinlər şikayətçidirlər - VİDEO

Qubada ər arvadını öldürdü - Daha sonra isə…

Qubada ər arvadını öldürdü - Daha sonra isə…

BƏƏ İranda yerləşən Pars yatağına edilən hücumu PİSLƏDİ

BƏƏ İranda yerləşən Pars yatağına edilən hücumu PİSLƏDİ

"Eşref Rüya"da daha bir sima - FOTO

"Eşref Rüya"da daha bir sima - FOTO

“Beşiktaş” Polşa klubunun hücumçusu ilə MARAQLANIR

“Beşiktaş” Polşa klubunun hücumçusu ilə MARAQLANIR

İlham Əliyevin sosial media hesablarında Qarabağda keçirdiyi Novruz bayramları ilə bağlı VİDEOÇARX paylaşılıb

İlham Əliyevin sosial media hesablarında Qarabağda keçirdiyi Novruz bayramları ilə bağlı VİDEOÇARX paylaşılıb

ABŞ və İsrailin hücumlarından İranda Türkiyə vətəndaşı öldürülüb - FOTO

ABŞ və İsrailin hücumlarından İranda Türkiyə vətəndaşı öldürülüb - FOTO

Xanoba sakininin sevinci: "Biz buralara həsrətlə baxırdıq" - VİDEO

Xanoba sakininin sevinci: "Biz buralara həsrətlə baxırdıq" - VİDEO

FİFA İranın tələbini QƏBUL ETMƏDİ

FİFA İranın tələbini QƏBUL ETMƏDİ

Pakistan Əfqanıstanla müvəqqəti atəşkəs ELAN ETDİ

Pakistan Əfqanıstanla müvəqqəti atəşkəs ELAN ETDİ

End of content

No more pages to load

RADİO