Əməkdar artist: “Tünzaləyə hörmətlə yanaşın, arxasınca danışmayın” - VİDEO

Son günlər Xalq artisti Afaq Bəşirqızının mərhum Əməkdar artist Tünzalə Əliyevanın qızı Zəhra üçün fond yaradılması təklifi ilə çıxış etməsi cəmiyyətdə müzakirə predmetinə çevrilib. 

Bizim.Media xəbər verir ki, sözügedən məsələ ilə bağlı Əməkdar artist Ülviyyə Əliyeva sosial şəbəkə hesabında yayımladığı videoaçıqlamasında danışıb.

Aktrisa fond məsələsinə bu cür aydınlıq gətirib: 

“Afaq Bəşirqızı təklif irəli sürdü ki, Tünzalə Əliyeva üçün fond yaradılsın. Bunun tamaşaçılara, xalqa aidiyyatı yoxdur. Fond incəsənət xadimləri üçündür. Yalnız incəsənət xadimləri, aktyor yoldaşları ora pul yatırsın ki, Zəhranın gələcəkdə zəmanəti olsun. Bu pulu böyüyəndə istəyər təhsilinə, istəsə də cehizinə xərcləsin. Biz sənət adamları birləşib bu fondu yaratmaq istəyirik. Tamaşaçılar sağlığında Tünzaləyə yetərincə dəstək olub: müalicəsində, ev almasında”. 

Ü.Əliyeva, həmçinin mərhum həmkarı “Toppuş bacı”nın “sənətkar” adlandırılmasını tənqid edənlərə də ismarış yollayıb: 

“Tünzalə peşəkar aktrisa idi, İncəsənət Universitetinin dram, kino fakültəsini bitirib. Gəncə Kukla, Gəncə Dram Teatrında, Bakıda İrəvan Teatrında yetərincə çalışıb. Onun qiymətini Prezident verib və "Əməkdar artist" fəxri adına layiq görülüb. Kimsə onun yaradıcılığını izləməyibsə, hansısa verilişdə görübsə, ölünün arxasınca artıq danışmayın. O, tamaşaçının sevimlisi idi, belə də qalacaq. Biz gördük ki, onu nə qədər sevən var. Üç mərasimində zalın yarısı tamaşaçılar idi. Vida və dəfn mərasiminə də çoxlu insan gəlmişdi. Ona hörmətlə yanaşın. Hər sənət adamına bu cür hörmətlə dəfn, vida mərasimi qismət olmur”. 

Qeyd edək ki, Tünzalə Əliyeva yanvarın 22-si uzun sürən xərçəng xəstəliyindən Milli Onkoloji Mərkəzində saat 12 radələrində dünyasını dəyişib. Aktrisa yanvarın 23-ü Qurd Qapısı məzarlığında dəfn edilib.

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tolikin qızının 1 yaşı oldu - Fotolar

Tolikin qızının 1 yaşı oldu - Fotolar

Yol Polisindən yağıntılı hava şəraiti ilə bağlı MÜRACİƏT

Yol Polisindən yağıntılı hava şəraiti ilə bağlı MÜRACİƏT

Kür çayında köməksiz qalanların kimliyi bilindi – ADLAR

Kür çayında köməksiz qalanların kimliyi bilindi – ADLAR

SON DƏQİQƏ! Lənkəranda ZƏLZƏLƏ oldu

SON DƏQİQƏ! Lənkəranda ZƏLZƏLƏ oldu

Müşviq Abbasov: “Elnurun dəfn mərasimində “Parni iz Baku”dan heç kimi görmədik”

Müşviq Abbasov: “Elnurun dəfn mərasimində “Parni iz Baku”dan heç kimi görmədik”

Şahdağ və Qrıza qar yağır - FAKTİKİ HAVA

Şahdağ və Qrıza qar yağır - FAKTİKİ HAVA

Hörmüz boğazı BAĞLANDI

Hörmüz boğazı BAĞLANDI

Kürdə bir ailənin 4 üzvü köməksiz vəziyyətdə qaldı – FOTO

Kürdə bir ailənin 4 üzvü köməksiz vəziyyətdə qaldı – FOTO

Əhali iki ayda nə qədər pul xərcləyib?

Əhali iki ayda nə qədər pul xərcləyib?

“Kristal” və “Landau Education Group” arasında yeni əməkdaşlıq razılaşması əldə olunub! - FOTO

“Kristal” və “Landau Education Group” arasında yeni əməkdaşlıq razılaşması əldə olunub! - FOTO

Bakıda heykəli, bölgələrdə adına kəndlər olan Kirov – Şah pərəstişkarı olan bu xadim fəhlə sinfinin rəğbətini necə qazandı?

Bakıda heykəli, bölgələrdə adına kəndlər olan Kirov – Şah pərəstişkarı olan bu xadim fəhlə sinfinin rəğbətini necə qazandı?

Dərbənddə Azərbaycan teatrının açılışı olacaq – Putin onlayn formatda iştirak EDƏCƏK

Dərbənddə Azərbaycan teatrının açılışı olacaq – Putin onlayn formatda iştirak EDƏCƏK

“Sabah” 600 minə futbolçu alır

“Sabah” 600 minə futbolçu alır

Maştağada evdən 6300 dollar OĞURLANDI

Maştağada evdən 6300 dollar OĞURLANDI

Hande ölkəyə çatan kimi SAXLANILDI - VİDEO

Hande ölkəyə çatan kimi SAXLANILDI - VİDEO

Azərbaycan bu il də "Yer saatı" beynəlxalq kampaniyasına qoşulacaq - FOTO

Azərbaycan bu il də "Yer saatı" beynəlxalq kampaniyasına qoşulacaq - FOTO

Bir insanın öz evində nə qədər “yeri” var? – ARAŞDIRMA

Bir insanın öz evində nə qədər “yeri” var? – ARAŞDIRMA

Dəfnə yarpağı və zeytun yağının diz ağrılarına FAYDALARI

Dəfnə yarpağı və zeytun yağının diz ağrılarına FAYDALARI

Stasionar telefonlara maraq artır

Stasionar telefonlara maraq artır

“Qarabağ” bu futbolçunu baxışa çağırdı

“Qarabağ” bu futbolçunu baxışa çağırdı

Gədəbəydə 2 yaşlı uşaq epilepsiyadan dünyasını dəyişdi

Gədəbəydə 2 yaşlı uşaq epilepsiyadan dünyasını dəyişdi

Ötən gün ölkədə 8 avtomat, 2 pulemyot və digər silah-sursatlar aşkarlandı

Ötən gün ölkədə 8 avtomat, 2 pulemyot və digər silah-sursatlar aşkarlandı

Azərbaycanda əczaçılıq məhsullarının idxalı azalıb, istehsal isə artıb

Azərbaycanda əczaçılıq məhsullarının idxalı azalıb, istehsal isə artıb

Sabahın HAVASI: Yağış intensivləşəcək, subasma gözlənilir

Sabahın HAVASI: Yağış intensivləşəcək, subasma gözlənilir

End of content

No more pages to load

RADİO