Hollivud aktyoru Robert Pattinson son görünüşü ilə dünya mətbuatının gündəminə damğa vurub.
Bizim.Media xəbər verir ki, sənətçi bir neçə gün əvvəl Parisdə keçirilən moda həftəsinə qatılıb.
Dəb gecəsinə Pattinson “Dior” markasına məxsis parıltılı ətəkdə gəlib. Aktyorun üzərinə geyindiyi qəhvəyi rəngdə qısa xəzz gödəkçəsi də maraqla qarşılanıb.
Robert Pattinsonun fotoları sosial şəbəkədə yayılar-yayılmaz izləyicilər tərəfindən qınaqla qarşılanıb. Onlar aktyorun bu obrazını tənqid ediblər.
Rəşad Əliyev, Bizim.Media

