Xalq artisti Brilliant Dadaşova Buzovnadaki villasının görüntülərini paylaşıb.
Bizim.Media xəbər verir ki, sənətçi sosial şəbəkədə paylaşdığı videoda qarın yağması nəticəsində yolların baxımsız vəziyyətə düşməsi və qazın yaxşı gəlməməsindən gileylənib.
“Yollarımız buz bağlamasa, qazımız qəşəng gəlsə, lap yaxşı olar. Yollara duz tökülsün, sürüşkən olmasın. Qar çox gözəldir”, - deyə Brilliant bildirib.
Rəşad Əliyev, Bizim.Media