Məşhur rejissor Anar Hüseynov dünyasını dəyişib.
Bizim.Media xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Paylaşılan məlumatda bildirilib ki, Anar şəkər xəstəsi olub. Onun elə bu xəstəlikdən gözlənilmədən vəfat etdiyi bildirilib.
Qeyd edək ki, Anar Hüseynov Xalq artisti Aygün Kazımova, mərhum sənətçi Rəhim Rəhimli və bir çox incəsənət nümayəndələrinə klip çəkib.
Rəşad Əliyev, Bizim.Media