Rusiya və MDB ölkələrində məşhurlaşan azərbaycanlı video bloqer və iş adamı Hüseyn Həsənov qış tətilinə Taylanda yollanıb.
Bizim.Media xəbər verir ki, gecə saatlarında Banqkokun küçələrini ələk-vələk edən bloqer dostları ilə birlikdə küçədə satılan müxtəlif həşəratların dadına baxıb.
Həsənov qızarmış əqrəb yeyib və “Tamı normaldır” deyib. Daha sonra Hüseyn timsahın qrildə qızarıldığının da şahidi olub.
Rəşad Əliyev, Bizim.Media