Xalq artisti Pərvanə Qurbanova plastik əməliyyat etdirəcək.
Bizim.Media xəbər verir ki, bu haqda "Bizimləsən" ictimai-sosial verilişində məlumat verilib.
Aktrisanın üzündə kök hüceyrə əməliyyatı gerçəkləşəcək. Əməliyyat isə yaxın günlərdə yerli klinikaların birində baş tutacaq.
Qeyd edək ki, 57 yaşlı Pərvanə Qurbanova Gəncə Dövlət Dram Teatrının aktrisasıdır. Sənətçi son illər çəkildiyi "Yuxu" adlı serial ilə daha da məşhurlaşıb.
Rəşad Əliyev, Bizim.Media