Bağlanmış "Lider" televiziyasının rəhbəri Ədalət Əliyevin həyat yoldaşı Nailə Əliyeva ailəsi ilə bağlı Yeni İl paylaşımı edib.
Bizim.Media xəbər verir ki, o, iki oğlu, bir qızı və həyat yoldaşı ilə birlikdə obyekti v qarşısına keçərək, bayram ab-havalı fotosessiya etdirib.
Nailə xanım həmin şəkilləri sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşərək, 2023-cü il ilə bağlı arzularını dilə gətirib:
"İstəyirəm ki, insanlar pislikdən, paxıllıqdan əl çəksinlər. Pandemiya, müharibələr, təəssüf ki, çoxlarına heç nə öyrətmədi. 2022-ci il həyatımda çox dönüş nöqtəsi oldu və buna görə, ona çox minnətdaram. Ümid edirəm ki, gələn il, mənim ilim də məni lazımsız insanlardan qoruyacaq, 2023-cü ilin hamıya xoşbəxtlik gətirməsini, çoxlu səyahətlər, gətirməsini istəyirəm".
Rəşad Əliyev, Bizim.Media